Sevgiliniz sizə xəyanət edir? - İPUCLARI

Sevgilinizin davranışları son vaxtlar sizi şübhələndirir?

Ailem.az sevgilinizin xəyanətini anlamaq üçün ipuclarını təqdim edir. Əgər belə davranırsa, diqqətli olun!

- Sevgiliniz günahkarlıq hissini basdırmaq üçün sizin istəklərinizə həmişəkindən daha həssas yanaşır, sizə tez-tez hədiyyə alır.

- Gündəlik həyatında vərdişlərini dəyişdirir, ya da yeni hobbilər mənimsəyir.

- Yaşadığı qarışıq hisslərdən dolayı adi səbəblərdən mübahisələr çıxarır.

- Ona daha şəfqətli yanaşmanız üçün sizin yanınızda daha depressiv davranır.

- Sizinlə fərqli bəhanələrlə daha az danışmağa və daha az vaxt keçirməyə çalışır.

- Yuxusunda tez-tez kabus görür. Bəzən isə gecələr heç  yata bilmir.

- Musiqi, film sahələrində zövqü dəyişir.

- Özünü birdən-birə çox bəyənməyə başlayır. Vaxtını güzgü qarşısında keçirir.

- Sizi, ya da münasibətinizi başqaları ilə müqayisə edə bilər.

- Heç bir tənqidə səbrlə yanaşmaz. Özünü müdafiə edər.

- Evə gec gəlməyə başlayır. Evdəki məsuliyyətlərini unudur, ya da əvvəl evdə diqqət etdiyi məsələləri önəmsəməz.

- Necə göründüyünüzlə çox az maraqlanar.

- “Səni sevirəm” deməz.

- Sizin ona hazırladığınız sürprizlərə qarşı əvvəlki kimi həyəcanlı yanaşmaz.

- Özünü başqaları ilə müqayisə etməsi sizə olan marağını itirməsindən irəli gəlir.

- Telefonunda zəng və mesaj qutusunu həmişə boş saxlayar.

- Birdən-birə dostları ilə daha çox vaxt keçirməyə başlayar.

- Saçınızı sığallamaq kimi şəfqətli hərəkətlər etməz.

- Münasibətinizin gələcəyi haqqında heç nə danışmaz.

- Birdən-birə kitab oxumağa, musiqi dinləməyə marağı artar.

- Yataq otağında da aranızda məsafələr qoymaq üçün bəhanələr uydurar.

- Zarafatları sizi güldürmək yerinə qəlbinizi qırar, əvvəlki xoş rəftarı qalmaz.

- Öz şəxsi sərbəstliyini qorumaq üçün sizdən uzaqlaşar.

- Yuxusunda başqa adlar sayıqlayar.

- Yaxın ətrafınızdakı insanlar artıq sizin münasibətinizdə nələrinsə dəyişdiyinin fərqinə varıb.

- Onunla bağlı soruşduğunuz suallara səbrli davrana bilmir.

- Səhər oyandığında kiminlə birgə olduğunu dəqiqləşdirmək üçün ətrafına yaxşı baxar.

- Evdəykən qapıları bağlı saxlamağı xoşlayar. Xüsusən kompüterlə işləyərkən narahat edilmək istəməz.

Evdarliq.az



 

 

.