Münasibətlər

Ömürlük, yoxsa müvəqqəti evlilik? - 20 QAYDA

Evliliklərin hamısı bitməyə məhkumdur?

Evlilik həqiqətən davam etdirilməsi çox çətin bir təşkilatdır. Özü də boşanma mərhələsi insanın ömründən ömür aparır. Nə edilsə də, boşanma nisbətinin artmasının da qarşısı alına bilinmir. İngiltərədə boşanma nisbəti 45 faizi keçdiyi üçün cəmiyyət "ömürlük evlilik" yerinə "müvəqqəti evlilik" təklifini müzakirə etməyə başlayıb. Bu təklif evliliyin 10 illik bir müqavilə ilə edilməsini, 10 il bitərkən cütlüklərin evliliklərini yenidən gözdən keçirib davam edib-etməyəcəklərinə qərar verməsini nəzərdə tutur.

Təklifin səbəbi də belə açıqlanır: "Ölənə qədər birlikdə qala bilmək real deyil. Cütlüklər 10 il yaxınlaşarkən evliliklərini yenidən qiymətləndirə bilərlər. Bu da o vaxta qədər əhəmiyyət vermədikləri bəzi mövzulara yenidən nəzər salmalarını təmin edəcək. Beləcə, əgər davam etdirəcəklərsə də daha sağlam bir evliliyi davam etdirəcəklər. Yəni deyilir ki: müvəqqəti evlilik evliliyin ömrünü uzada bilər.

Boşanma kişiyə daha çox təsir edir

Qadınların təşkilati qabiliyyətləri çox güclüdür. Ailə quranda yoldaşlarının həyatını da təşkil edirlər. Boşanma reallaşandan sonra da qadın öz həyatını çox tez qaydasına sala bilir, kişi isə tərəddüd edir. Onsuz da ayrılığa qərar verən də qadındır.

Sözün əsli: boşanmamaq kişi üçün ən yaxşı seçimdir. Necə ki, Cerald Rocers adlı şəxs 16 il evli qaldığı yoldaşından boşandıqdan sonra səhvlərindən dərs çıxararaq 20 maddəlik evlilik tövsiyəsi hazırlayıb. Onun hazırladığı tövsiyələr belədir:

1 - Kompliment deməkdən əsla yorulmayın

Yəni yoldaşınızı zəmanətli görməyin. Bir gün gedər, mənim kimi əliboş qalarsınız.

2 - Özünüzü sevin!

Cerald: "Mən özünü sevməyən bir adamdım, başıma gələnə baxın" demək istəyir.

3 - Hər gün yenidən aşiq olun

Ceraldın bu maddəsi real deyil. Amma deyir ki, duyğular bitə bilər, lakin yoldaşınıza əhəmiyyət verməyə davam edin. Qayğısına qalmasanız, bir gün çıxıb gedə bilər.

4 - Hər zaman yaxşı xüsusiyyətini görün

"Yoldaşınızın həmişə yaxşı xasiyyətlərini nəzərə alın" demək istəyir. Çünki narahat olacağınız şeylər axtarsanız, mütləq taparsınız.

5 - Onu dəyişdirməyə, düzəltməyə çalışmayın

Olduğu kimi sevin yoldaşınızı deyir. Dəyişdirməyə çalışsanız, həm dəyişməz, həm də sizi tərk edər.

6 - Duyğularınızın məsuliyyətini qəbul edin

7 - Əsəbləriniz gərgindirsə, əsla onu günahlandırmayın

Hər şeyin məsulu olaraq yoldaşını görənlərin gəldiyi vəziyyət belədir...

8 - Əsəbi, ya da kədərli olduqda onu özüylə tək qoyun

Cerald deyir ki: "Rahat buraxın yoldaşınızı. Çox incitsəniz, çıxıb gedər".

9 - Zarafatcıl olun

Dünyanın ən ciddi adamı olmağa çalışarkən yoldaşınızı itirə bilərsiniz.

10 - Hər gün onun ruhunu oxşayın

Ruhun qidası eşqdir. Söyləməsəniz, söyləyən biri tapılar.

11 - Ehtiyacı olanda yanında olun

Sizə ehtiyacı olanda yanında olmayacaqsınızsa, niyə evləndiniz?

12 - Şəhvətli olun

Eqoist olmayın. Yoldaşınızı yalnız ruhi olaraq deyil, fiziki olaraq da təmin etməyi öyrənin.

13 - Böyük səhvlər etməyin

14 - Ona hərəkət sahəsi tanıyın

Hər şeyi o boynuna götürsə, necə nəfəs alacaq? Kömək edin, kömək. Qoyun o da nəfəs alacaq bir yerdə olsun.

15 - Həssas olun

İstəklərinə, söylədiklərinə qarşı həssaslıq göstərin. "Odun" kimi davranmayın.

16 - Şəffaflığa əhəmiyyət verin

Doğrunu söylə. Kişilərin yalanı çox tez ortaya çıxır.

17 - Birlikdə böyüyün.

Ortaq hədəfləriniz, xəyallarınız olsun. Bunları reallaşdırmaq üçün məşğuliyyətiniz olsun.

18 - Pul mövzusunda narahat olmayın.

Qazanarsınız. Pul qazanmaq üçün yoldaşınıza laqeydlik etsəniz, sonunuz Cerald kimi olar.

19 - Tez bağışlayın

20 - Hər zaman sevin!

Milli.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика