Münasibətlər

Evliliyi gücləndirən əlamətlər – Hər gün tətbiq edin

Həyat yoldaşınızla birlikdə etdiyiniz adi bir hobbi belə münasibətlərinizin güclənməsinə səbəb  olar. “Cütlük ritualı”nı mənalı, güclü münasibətdə olan iki insan arasında planlı, yenilənən paylaşım kimi qiymətləndirmək olar. Rituallar həyat yoldaşınızla paylaşdığınız bağı mütəmadi olaraq yada salır.

Sevginizi və aranızdakı bağı simvolizə edir. Bununla yanaşı, rituallar güvənmək duyğusunu gücləndirmək üçün də faydalıdır. 

Ritual mərasimləri olduqca sadə və ya mürəkkəb ola bilər, gündəlik və ya da illik proseslərdə təkrarlana bilər. Bu mərasimlər cütlüklərin bir-birinə və əlaqələrinə müsbət formada bağlanmalarını təmin edir.

Münasibət rituallarına bəzi nümunələri bu cür sadalamaq olar:
- Görüşərkən və ya ayrılarkən qucaqlaşma, öpüşmə və ya öz aranızda bir hərəkət
- Bir-birinizdən gününüzün necə keçdiyi soruşmaq
- Gün ərzində bir-birinizi axtarmaq və ya mesaj yazmaq
- Bir-birinizə məzəli selfie-lər göndərmək
- Bir-birinizə qeydlər yazmaq və tapacağını ümid etdiyiniz yerlərə qoymaq
- Birlikdə bir kitab oxumaq
- Səhərlər yataqdan durmazdan əvvəl danışmaq və qucaqlaşaraq bir az vaxt keçirmək
- Danışmaq və bölüşmək üçün günün müəyyən bir saatını təyin etmək
- Bütün gecəni birlikdə keçirmək
- İkinizin bir hobbinizin olması
- Birlikdə ictimai məsuliyyətlər boynuna götürmək
- Köhnə fotoşəkillərə baxmaq
- Birlikdə yemək hazırlamaq
- Bir-birinizə sevimli “ləqəblər”lə müraciət etmək

Rituallar müxtəlif məqsədlərə xidmət edir:

1. Müəyyən bir davranışa duyğularınızı da qatır

2. Aranızdakı qarşılıqlı münasibəti artırır

3. Qarşılıqlı olaraq romantik bağlılığınızı gücləndirir

4. Arzuladığınız bir ruh halı və ya da duyğu yaratmağa kömək edir

5. Güclü bir birlikdəlik duyğusu yaradır

Ritualların tərəf müqabilinizlə aranızda iş birliyi meydana gətirdiyini unutmayın. Onlar aranızdakı romantik bağın fərqli əks olunmalarıdır və kiçik də olsa xüsusidirlər. Bununla yanaşı, münasibətinizin ümumi keyfiyyəti üzərində böyük təsirə malikdir.
 
Ritualların olub-olmamasını müəyyən etmək üçün özünüzə və tərəf müqabilinizə dair bir-biriniz üçün nələr etdiyinizi soruşun. Yan-yana olmasanız belə, bir-birinizi düşündüyünüzü müəyyən etmək üçün nələr edirsiniz? Bu sualları cavab verməkdə çətinlik çəkirsinizsə, bəzi rituallar yaratmağa çalışın.

Ritual meydana gətirmək üçün sadəcə onu tətbiq etməyə başlayın. Bu daimi olaraq edildikdə bir ritual halına gələcək. Bu təşəbbüsü qaldıran sizsinizsə, həyat yoldaşınız bu davranışı sizdən davamlı olaraq gözləməyə başlayacaq və ehtimalla qarşılığını verməyə çalışacaq. Unutmayın ki, ritualların uzun, davamlı olması sağlam bir evlilik üçün lazımdır.

Aile.lent.az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Dadlı kəsmikli oladi

Dadlı kəsmikli oladi

Qəlyanaltılar Hits:1217

Məhsullar: - 250 qr yağlı kəsmik

Çörək haqqında bimədikləriniz maraqlı faktlar

Çörək haqqında bimədikləriniz maraqlı faktlar

Ərzaqlar Hits:14529

Çörək tək qida deyil. Çörək bolluğun...

İlıq su limonla. İnanılmaz faydalar!

İlıq su limonla. İnanılmaz faydalar!

Sağlamlıq Hits:34865

Su insan orqanizminin əsas tərkib hissəsidir.

Çar kartofu - FOTO

Çar kartofu - FOTO

Qəlyanaltılar Hits:1717

Tərkibi (6 pay): 

Tənbəl KƏLƏM PİROQU. Çox asan hazırlanır!

Tənbəl KƏLƏM PİROQU. Çox asan…

Qəlyanaltılar Hits:3763

Tərkibi: - 1,5 stəkan un - 300 qr...

Sarımsaq və ədviyyatlarla QOYUN ƏTİ SOBADA

Sarımsaq və ədviyyatlarla QOYUN ƏTİ…

İsti yeməklər Hits:1144

İnqrediyentlər: - 1,5 kq qoyun budu (mal...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:408

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:461

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:363

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:666

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:573

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:472

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:901

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1066

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az