Ana və Uşaq

Uşağınız bağçaya gedəndə ağlayır? – Valideynlərə psixoloq məsləhəti

Uşaqlarda 3-6 yaş arası dövrdə öz yaşıdlarına daha çox maraq yaranır. 

Öncəki illərdə valideynlərinə və ətrafındakı böyüklərə qarşı meyl zamanla yerini öz yaşıdlarına verir. Bu dönəmdə uşağın yaşıdları ilə təması vacibdir. 

”Evdəyəm, niyə bağçaya getsin, elə özüm baxaram”, -  deyə düşünən analar bəzən bu gözəl fürsəti onların əlindən almış olurlar. Bağça çalışan valideynlərin uşaqlarına baxım göstərmək üçün deyil, uşaqların sosiallaşması, ələlxüsus psixo - motor nitq inkişafında əvəzsiz rolu olan qurumdur.

Valideyn uşağı ilk gün bağçaya apararkən uşağın ağlaması səbəbindən (bu, bəzən 1 həftə və daha çox davam edə bilir) nə etməli olduğunu bilməyərək, ya bağçadan imtina edir, ya da hər dəfə ağlaya-ağlaya bağçaya aparıb bir gün öyrəşəcək ümidi ilə günləri sayır. Hər uşağın stressə davamlılıq qabiliyyəti fərqli olduğu üçün çox zaman ağlayaraq bağçaya məcbur aparılan uşaqlarda “ağlayır, fikir verməyin, qoyub gedin” tövsiyəsi ağır alt islatma, kəkələmə, yuxu pozuntusu, davranış pozuntusu kimi fəsadlara gətirib çıxarır. Hər uşağınbağçaya bu şəkildə alışması metodu heç də ideal deyildir. Hər uşaq fərqlidir və fərdi yanaşılmalıdır.

İlk öncə bu 3 suala aydınlıq gətirək.

1. Hansı uşaqlarda bağça qorxusu daha çox müşahidə edilir?

2. Bağçadan qorxan uşaqlarla bağçada necə davranmalı?

3. Ən vacibi isə bu halda ailə uşaqla necə rəftar etməlidir?

1. Gec uşaq sahibi olan ailələrin uşaqlarında, nənə-baba ilə birlikdə yaşayan, ana və ya atasında həyəcan-təşviş, hədsiz həssaslıq olan ailələrin uşaqlarında bağça qorxusu daha çox müşahidə edilir. Bu tip həssas valideynlər hər xırda detalda qüsur axtararaq bağçanı dəyişərək çarə tapmağa çalışırlar. Bunu unutmamalıyıq ki, biz övladlarımızı hər zaman qoruya bilmərik, cəmiyyətdə hər psixikaya malik uşaq və böyüklər var. Hər kəs bizim dəyərlərimizə uyğun gələ bilməz. Buna qarşı immuniteti formalaşan uşaqlar zamanla daha idarəedici, daha davamlı şəxsiyyətə çevrilirlər. Biz onları hər cür situasiyaya hazırlıqlı etməliyik. Qoruyucu və mükəmməliyyətçi valideynin yanında uşağa məsuliyyət verilmədən qurulan rahat sistemi zamanla cəmiyyətdə görməyincə, uşaq özünü evdə - valideynlərinin, nənə-babalarının yanında daha güvəndə hiss edirlər. Əllərindən sanki krallıq alınacaq deyə müqavimət göstərərək, taxtı uğrunda mübarizəyə başlayırlar. Yas və ya sevdiyi yaxınlarının xəstələnməsi, uzaq səfərə çıxmasında travma alan özgüvənsiz, stressə davamsız uşaqlarda da bağça qorxusu hədsiz müşahidə olunur.

2. Xüsusilə bu anda pedaqoqun doğru rəftarı, ailə ilə sıx təması vacibdir. Nəzərə alınmalıdır ki, 3-4 yaşına kimi hər gün və hər anı bir yerdə keçən, xüsusən həssas valideynlərdə uşaqları ilə simbioz münasibət yaranır. Onu heç kimlə paylaşmaq istəmirlər. Pedaqoqlar bu zaman “biz övladınızı çox sevirik, bizim yanımızda güvənlidir” mesajını uşağa ağlayan anda hədsiz qayğı göstərərək, yanlış ötürə bilir ki, bu da valideynlərdə özlərinə qarşı bilmədən də qısqanclıq yaradır. Belə olan halda uşağın doğmaları şüuraltı müdafiə olunaraq qarşı tərəfdə qüsur taparaq, konfliktə girməyə çalışacaqdır. Bu zaman pedaqoqlar daha təmkinli davranmaqla, ailəni məlumatlandıraraq, təşvişə düşməməlidirlər. Adaptasiya gec gedən uşaqlara 2 ay valideynləri ilə təmasa, bağçada ilkin olaraq az saat vaxt keçirməyə, psixoloq dəstəyi almağa şərait yaradılmalıdır.

3. Biz bir problemi ideal surətdə həll etməliyik ki, problem gələcəkdə qarşımıza daha başqa aqreqat halında çıxmasın. Valideyn ilk öncə evdə öz övladını müşahidə etməlidir. Uşaq səhər açılanda və ya gecə yatmağa hazırlaşanda sabah bağçaya gedəcəyi barəsində təşviş yaşayırmı, hansısa orqanik reaksiya baş qaldırıbmı? (ürək bulanma, qarın ağrıma, qusma hissi, nahiyələrdə ağrılar, xəfif temperatur, halsızlıq) Bu hallar adətən uşaq bağçada 10 dəqiqə qalandan sonra tam unudulur. Heç nə olmamış kimi bağçaya aqressivlik və ya özünəqapanma sərgiləməyərək rahat uyğunlaşırsa, öncə ağlayaraq ayrılmaq istəmədiyi doğmaları heç yadına düşmürsə, deməli, uşaqda bunlar sadəcə kapriz fonunda davranış pozuntusudur. Bu zaman valideyn həmin krizis anında daha təmkinli davranmalı, onunla göz kontaktı qurmayaraq bağçaya qoymalı, uşağın belə davranaraq onu utandırdığını, hətta evə gələndə sevdiyi kiçik şeylərdən məhrum edərək və ya çox utandırdığı üçün bu gün onunla danışmaq istəmədiyini söyləyərək sabaha qədər danışmamalıdır. Bununla uşağın krallığının artıq sona yetdiyini, qaydaların həm evdə, həm də bağçada olduğunu göstərərək, evi çölə uyğunlaşdırmaq lazımdır. Uşaq hər dəfəsində özünü daha yaxşı apararsa, həftə sonu onu mükafatlandıraraq sevimli oyun parkına, gəzintiyə aparmaq gərəklidir.

Yox, əgər uşaq bağçaya gedir, sona qədər ağlayaraq, doğmalarının gəlməsini istəyirsə, deməli, məsələ artıq bağça fobiası şəklindədir ki, birmənalı şəkildə psixoloq dəstəyi alınmalıdır. Altşüurda daha dərin itirmə qorxusu fonunda yas və ya hər hansı ciddi travma faktorları araşdırılmalıdır.

Sonda isə onu qeyd etmək istəyirəm ki, əziz valideynlər, övladlarımız böyüdükcə bizimlə keçirəcəyi zaman bölünərək bağçaya, məktəbə, hazırlıqlara, dostları ilə görüşə sərf olunacaqdır. Bu azalan zaman azalan məhəbbətin göstəricisi deyil. Onların sosial həyatını dəstəkləmək daha uğurlu şəxsiyyətə çevrilmələrinə və bizim fəxrimiz olmalarına gətirib çıxarır.

Hər birimizə başımızı uca tutacaq övlad arzu edirəm. Bunun üçün səbr və zəhmət kifayətdir!

Dushunce.Az


.
Загрузка...

BÜTÜN BÖLMƏLƏRDƏN SEÇMƏLƏR

Evinizdə incəsənət əsərləri

Evinizdə incəsənət əsərləri

Dizayn Hits:952

Əgər rəsmlər, kiçik heykəllər, bədii keramika...

Xiyar və toyuqla yüngül, dadlı salat

Xiyar və toyuqla yüngül, dadlı…

Salatlar Hits:24136

Çox dadlı, yüngül və zərif salat...

Toyuq, qara qavalı və qozla NƏFİS SALAT

Toyuq, qara qavalı və qozla…

Salatlar Hits:18834

İnqrediyentlər: - 300 qr toyuq filesi

Paltarların yuyulması. Əsas qaydalar

Paltarların yuyulması. Əsas qaydalar

Paltarlara qulluq Hits:18224

Paltarları yumazdan əvvəl, onları saxlamaq qaydalarını...

Düyü pəhrizi

Düyü pəhrizi

Sağlamlıq Hits:4457

Bu pəhrizin müxtəlif variantları var. Biz...

Tez hazırlanan ŞOKOLADLI KEKS

Tez hazırlanan ŞOKOLADLI KEKS

Şirniyyat Hits:2794

Tərkib: - 400 qr xama - 1 stəkan...

SON ƏLAVƏ OLUNMUŞ MƏLUMATLAR

Üzümlə zərif piroq

Üzümlə zərif piroq

Şirniyyat Hits:328

Ərzaqlar: - 2 yumurta

Gavalı ilə sadə piroq

Gavalı ilə sadə piroq

Şirniyyat Hits:423

Ərzaqlar: - 400 qr gavalı

Çox dadlı qəhvəli peçenye

Çox dadlı qəhvəli peçenye

Şirniyyat Hits:330

Ərzaqlar: - 100 qr kərə yağı

Sadə və dadlı yay salatı

Sadə və dadlı yay salatı

Salatlar Hits:602

Məhsullar: - 200 qr təzə kələm

Şaftalı və xamalı kremlə çox dadlı PİROQ

Şaftalı və xamalı kremlə çox…

Şirniyyat Hits:539

Məhsullar: Xəmir üçün:

Yemişlə sadə və dadlı piroq

Yemişlə sadə və dadlı piroq

Şirniyyat Hits:450

Məhsullar: - 5 yumurta

Tez hazırlanan giləmeyvəli piroq

Tez hazırlanan giləmeyvəli piroq

Şirniyyat Hits:875

Məhsullar: Xəmir:

Qoz və bişmiş squşonka ilə qat-qat pirojki

Qoz və bişmiş squşonka ilə…

Şirniyyat Hits:1022

Məhsullar: - 500 qr hazır qat-qat xəmir

SON ŞƏRHLƏR

Яндекс.Метрика

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az