Uşaqlarda ilk diş müayinəsi nə vaxt olmalıdır? – Mütəxəssidən TÖVSİYƏLƏR.

Diş sağlamlığı hər yaşda böyük əhəmiyyət kəsb edir. Buna görə də uşaqlarda ilk dişin görünməsi ilə diş sağlamlığı üçün ilk addımları atmaq lazımdır.

İlk dişlə ilk müayinənin əhəmiyyətinə diqqət çəkən Uzm. Dt. Işıl Kırgız Karahasanoğlu mövzu ilə bağlı məlumat verdi.

Ən mühüm vəzifəsi uşaqların qidalanması olan süd dişlərinin olması da nitqin düzgün inkişafında, hərflərin düzgün tələffüzündə rol oynayır. Cəmi 20 ədəd olan süd dişləri çənələrin üçölçülü inkişafını təmin edərkən, çənə sümüyü də onları əvəz edəcək daimi diş üçün içində olduqları bölgəni qoruyur.

İlk süd dişləri 6-12 ayda çıxır.

Uşaqların ilk diş müayinəsi ağızda ilk dişin görünməsi ilə aparılmalıdır. Müayinə zamanı analara ağız gigiyenası öyrədilir və onlara uşaqlarının dişlərini necə təmizləmələri izah edilir. Qidalanma və çürüklərin qarşısının alınması ilə bağlı vacib məqamlar vurğulanır. Beləliklə, uzun müddətdə müntəzəm diş müayinələri ilə kariyessiz və sağlam dişlərin təməli qoyulur.


Profilaktik stomatologiya ilə kariyessiz gələcək.

Uşaq stomatologiyasının məqsədi diş problemlərinin qarşısını almaq üçün tədbirlər görərək uşaqları kariessiz gələcəyə yönəltməkdir.

Uşaq diş həkimləri.

Uşaqların kariyes risk qrupunu müəyyən edir və qoruyucu-profilaktik tətbiqlər edir (ağız gigiyenası maarifləndirilməsi və motivasiyası, fissura mastik və yerli flüor tətbiqi kimi).Süd dişlərinin erkən itirildiyi hallarda, yer tutucu tətbiq edərək mümkün yer itkisinin və sıxlığın qarşısını alır.

 Zərərli vərdişlər olduqda (barmaq əmmə, dırnaq yemə, uzun müddət əmzik və ya butulkadan istifadə kimi) vərdişlərdən imtina edilməsini və vərdişdən döndərən cihazlarla mümkün zərərlərin minimuma endirilməsini təmin edir.Daimi dişlərin əskik olduğu hallarda isə estetik görünüşünü yaxşılaşdırır.

Evdarliq.Az



 

 

.