ŞOK ARAŞDIRMA: buna görə ana ölümü 3 dəfə artdı

"2021-ci ildə ana ölümü koronavirus infeksiyasının yayılması səbəbindən əvvəlki illə müqayisədə üç dəfə artıb".

"RIA Novosti"yə xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin mamalıq üzrə baş sərbəst mütəxəssisi Roman Şmakov jurnalistlərə bildirib.

 

Mütəxəssis qeyd edib ki, bu ilin oktyabr ayına olan məlumata görə, Rusiyada 760 min hamilə qadın müşahidə altında olub, lakin onların yalnız 1,3%-i COVID-19-a qarşı peyvənd olunub. Eyni sayda müşahidə edilənlərin 6%-ndə infeksiya aşkarlanıb.

"Biz görürük ki, yeni koronavirus infeksiyasının yayılması ilə əlaqədar bu il ana ölümləri əvvəlki illə müqayisədə 3 dəfə artıb. Bunlar peyvənd olunmamış qadınlar idi. Risk qrupuna şəkərli diabet, piylənmə, ağciyər və böyrək xəstəliklərindən əziyyət çəkənlər daxildir. Onlar üçün peyvənd əsl həyat xilasedici olaraq qalır", - Şmakov vurğulayıb. (publika.az)

Evdarliq.Az