Çox pul xərcləmədən uşağınızı məktəbə hazırlamaq olar – 4 MƏSLƏHƏT

Cüzdanınızı və alış-verişlərinizin keyfiyyətini itirmədən 15 sentyabr tarixinə qədər necə alış -veriş edəcəyinizə dair 4 məsləhət.

Uşağı məktəbə hazırlayarkən bütün il üçün lazım olan dəftərxana ləvazimatlarını, dərslikləri, praktik geyimləri və ayaqqabılarını əvvəlcədən almaq istəyirik. Ancaq bu çox praktik deyil, çünki uşaqlar tez böyüyür. Məsələn, bahalı yeni idman ayaqqabıları altı ay və ya bir il ərzində atıla bilər. Dəftərlər isə nə qədər də bahalı olsa yenə də içərisi yenə də eyni vərəqlərdən ibarətdir.

Alış -veriş planı hazırlayın:

Bir uşağı məktəbə hazırlayarkən mağazanın yarısını almalı olacağınız görünə bilər. Lkin bu heç də  belə deyil. Uşaq artıq birinci sinif şagirdi deyilsə, ehtimal var ki, keçən dərs ilindən qalan bir neçə ləvazimatları. Buna görə də, alış-verişə çıxmazdan əvvəl, valideynlər uşağı ilə keçən ildən qalan məktəb ləvazimatları gözdən keçirsə büdcəsinə nəzarət etmiş olar.

 

Əsas siyahı:

- Məktəb geyimi

- Çanta

- Ayaqqabı

- Dəftərxana ləvazimatları

- İdman geyimi

Sonra bu siyahını bəndlərə görə genişləndirilə bilər. Məsələn, dəftərxana bəndində dəftər sayı, gündəlik, qələmlər, və sair kimi qeydlər etmək işinizi asanlaşdıracaq.

Keyfiyyətli çanta alaraq bütün ili və bəzən növbəti ili də övladınız istifadə edə bilər. Çanta alarkən onun uşaqların anatomic quruluşuna uyğun gəlməsin, yəni belini əyrilməyə məruz qoymayacağına əmin olun. 1-2 cin sinif uşaqlar üçün təkərli çanta seçmək doğru olar.

Sonda qeyd edək ki, dəftər və qələmləri bütün il üçün yox,ilk bir ay üçün planlaçdırıb almaq daha doğrudur. Bununla siz bir ayda sərf edilən xərcləri hesablaya bilərsiniz.

Evdarlıq.Az